Məşhur model Bella Hadid uzun fasilədən sonra sosial şəbəkə hesabında paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, podiumların ən çox axtarılan modellərindən olan Bella Hadid bir müddət peşə fəaliyyətinə ara verib.
Həmin müddətdə məşhur modelin “Laym” xəstəliyindən müalicə aldığı üzə çıxıb. Belə ki 15 ildir “Laym”la mübarizə aparan Bellanın xəstəliyi gündəlik müalicə tələb edəcək qədər irəliləyib və onun öz həyatına normal şəkildə davam etdirməsinə mane olub.
Müalicə prosesini izləyiciləri ilə bölüşən Hadid artıq yaxşı olduğunu bildirib:
“Bütün bunları yenidən yaşamalı olsaydım, buraya çatmaq üçün hər şeyi yenidən edərdim. İlk dəfə həqiqətən özüm ola bilirəm. Əlimdən gəldikcə ən pozitiv şəkillərimi seçərək paylaşmağa çalışdım. Mübarizə aparsan, yaxşılaşacaqsan. Bir addım uzaqlaş, güclü ol, yoluna inan. Həyata baxışım üçün o qədər minnətdaram ki…”
Onu da əlavə edək ki, bir neçə gün əvvəl Bella Hadid ilə moda nümayişində çəkilmiş köhnə şəklini paylaşan Gigi Hadid “Geri dönmək üçün səbirsizlənir” ifadələrini işlədib.
Qeyd edək ki, gənə dişləməsi nəticəsində yaranan “Laym” xəstəliyi diaqnozu Bellaya 2012-ci ildə qoyulub. Kəskinləşmə diş əməliyyatı nəticəsində baş verib. İnfeksiya dişlərdən birinin kök kanalına daxil olub. Bu xəstəlik səbəbindən Bella Hadid nəinki sevimli peşəsinə ara verib, həm də xoşbəxt münasibətlərinə son qoymalı olub. Həmin ilin iyul ayında modelliyə ara verdiyini açıqlayan Bella Hadid bu qərardan dərhal sonra sevgilisi Mark Kalmanla 2 illik münasibətinə son qoyub.