Məşhur müğənni intihar etdi

Məşhur müğənni intihar etdi

Honq-Konqlu və amerikalı müğənni bəstəkar, aktrisa Koko Li 49 yaşında intihar edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, uzun müddət depressiyada olan ifaçının son bir neçə ayda vəziyyəti daha da pisləşib. Həkimlər ona kömək edə bilməyiblər. Nəticədə Koko Li intihar etmək qərarlna gəlib.

Koko Li 17 yanvar 1975-ci ildə Honq-Konqda anadan olub. 9 yaşından ABŞ-də yaşayıb, orta məktəbi orada bitirib. 1994-cü ildə Çin dilində ilk solo albomlarını buraxıb. 1990-cı ildə onun ilk ingiliscə albomu olan “Just No Other Way” çıxıb.

Sənətçinin “Günəşli gün” adlı albomundan olan “Dünyanın rəngləri” adlı pop kompozisiya Fransada Dünya Kubokunun açılışında istifadə olunub. Koko çinli vokalçıların məşhurlaşmasında böyük rol oynayıb.

Share: