Türkiyənin tanınan simalarından biri daha subaylığın daşını atır. Müğənni Bengü ötən gün özünə göstərişli xına gecəsi keçirib.
Publika.az xəbər verir ki, avqust ayının 29-da sevgilisi Səlim Selimoğlu ilə nikaha girəcək olan müğənni Bengünün dünən axşam Acarkentte keçirilən xına gecəsi medianın diqqətini çəkib. Mərasimdə aralarında Çağla Şıkel, Esra Erol və Hakan Akkaya olmaqla bir çox tanınmış isimlər iştirak edib.
Ənənələrə sadiq qalaraq Bengü qırmızı rəngdə xına paltarını geyib, əllərinə xına yaxaraq adətlərə uyğun şəkildə hədiyyələrini qəbul edib. Bengünün xına paltarı isə stilist Rəşid Bağzıbağlı tərəfindən xüsusilə onun üçün hazırlanmışdı.
Gecə boyu heç oturmadan oynayan və xoşbəxtliyi gözlərindən oxunan cütlüyün gözəl günündən fotoları təqdim edirik:
Müstəqil.Az