Görkəmli rus rəssamı Mark Şaqalın 1948-ci ildə çəkilmiş Parisdəki Georges Pompidou Mərkəzində saxlanılan nadir “Dirilmə” tablosunun eskizi 177 milyon rubla satılıb.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Şaqalın 1940-cı illərdəki rəsmləri hərracda tez-tez görünmədiyi üçün əsər nadir sayılır.
Satışda liderlər arasında həmçinin Varvara Stepanovanın “Baş” (59 milyon rubl), İlya Repinin “Model” (44,2 milyon rubl), Abram Arxipovun “Balıqçılar” (11,8 milyon rubl) əsərləri də olub. Ümumi ticarət gəlirləri isə 367 milyon rubl təşkil edib.
Xatırladaq ki, daha əvvəl 1968-ci il istehsalı olan II Elizabetin “Land Rover”i də hərraca çıxarılmışdı.