Məşhur rejissor gəlirini zəlzələ qurbanlarına bağışlayacaq

Məşhur rejissor gəlirini zəlzələ qurbanlarına bağışlayacaq

Rejissor Nuri Bilge Ceylanın “Kuru Otlar Üstüne” filmindən əldə olunan gəlir Türkiyənin zəlzələ qurbanlarına bağışlanacaq.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, filmin Türkiyə premyerası altı fevral Beynəlxalq Adana Qızıl Koza Film Festivalında olacaq.

Qeyd edək ki, Merve Dizdar filmdəki roluna görə 76-cı Kann Film Festivalında “Ən yaxşı aktrisa” nominasiyasında mükafat qazanmışdı.

Share: