Rejissor-aktyor Kənan M.M Türkiyənin reytinqli layihəsində iştirak edir.
Publika.az xəbər verir ki, rejissor müharibə mövzusunda lentə alınan “Savaşçı” serialında rol alıb. Bu barədə Kənan M.M özü instaqramda məlumat verib.
O, bildirib ki, çəkilişlər artıq başlayıb: “Serialda Azərbaycan zabitini canlandıracam. Dualarınıza ehtiyacım var, burada neçə gün və neçə ay olacağım bəlli deyil. Vətənimi təmsil edirəm, burada olduğum müddətdə vətənim, ailəm və dostlarım üçün darıxacağam”.
Qeyd edək ki, Fox TV-də yayımlanan serialda Berk Oktay, Murat Serezli, Sarp Levendoğlu, Yıldız Çağrı Atiksoy, Fırat Albayram kimi aktyorlar baş rolları ifa edir.