Ötən gün xəstəxanaya yerləşdirilən məşhur rusiyalı kinorejissor Qleb Panfilovun vəziyyəti ağır qiymətləndirilir.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, rejissora hemorragik beyin infarktı diaqnozu qoyulub. Hazırda vəziyyəti trombositoz və pnevmoniya ilə ağırlaşan xəstənin sağlamlığı üçün həkimlər mübarizə aparır.
Kinorejissor RSFSR xalq artisti, RSFSR Dövlət mükafatı laureatıdır.
Qeyd edək ki, Qleb Panfilov “Odda keçid yoxdur”, “Vassa”, “Ana”, “İvan Denisoviç” kimi məşhur filmlərin müəllifidir.