Danimarkalı rejissor, “Oskar”a namizəd və “Qızıl Palma” mükafatı laureatı Lars fon Trierdə Parkinson xəstəliyi aşkarlanıb.
Bu barədə məlumatı rejissorun filmlərinin istehsalçısı olan Danimarka kino şirkəti “Zentropa” təsdiqləyib.
Bildirilib ki, Trier yaxşı əhval-ruhiyyədədir və xəstəliyin əlamətləri üzrə müalicə olunur.
Qeyd edək ki, hazırda rejissor “Krallıqlar” serialının üçüncü mövsümü üzərində işləyir.
Mənbə: gazeta.ru