Türkiyəli rok ulduzu Erkin Koray 82 yaşında vəfat edib.
O, bir müddət öncə Torontodakı (Kanada) xəstəxanalarından birinə yerləşdirilib.
Məlumata görə, musiqiçi son illər ağciyərin xroniki obstruktiv xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, Koray öz sənətilə Anadolunun mədəni irsinin qorunub saxlanmasına böyük töhfə verib. O, Şərq və Qərb musiqisindəki orijinal bəstələri və araşdırmaları ilə bir çox çağdaş türk musiqiçilərinə təsir göstərib.
Mənbə: A Haber