“Kahtalı Miçe” kimi tanınan türk xalq musiqisinin simalarından olan sənətçi Mustafa Aslan Adıyamandakı zəlzələ zamanı 25 yaxınını itirib.
Kulis.az xəbər verir ki, axtarış-xilasetmə işləri aramsız davam etdiyi bir vaxtda yaxşı xəbərlər gözləyən 70 yaşlı sənətçi bu xəbərdən sarsıldığını bildirib.
Qeyd edək ki, Adıyaman zəlzələdən ən çox zərər çəkən vilayətlərdən biri olub.