Məşhur supermodel: “Müsəlman kimi yaşamağıma imkan vermədilər”

Məşhur supermodel: “Müsəlman kimi yaşamağıma imkan vermədilər”

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Supermodel Bella Hadid uşaqlıq illərindən danışıb.

“Biz Kaliforniyaya köçəndə məni atamdan ayırdılar. Mən böyümək və hər gün atamın yanında olmaq, oxumaq və dini ayinləri yerinə yetirmək, müsəlman mədəniyyətində yaşamaq istərdim, amma mənə bu imkanı vermədilər”, – deyə supermodel bildirib.

Bella Hadid qeyd edib ki, “Rami” serialının çəkilişləri zamanı üzərində “Free Fələstin” yazısı olan köynək görəndə göz yaşlarını saxlaya bilməyib.

“Emosiyalarımın öhdəsindən gələ bilmədim. Mən həmfikir insanların əhatəsində idim. Sanki özümü görə bildim”, – Hadid izah edib.

Bella aktyor və serialda baş rol ifaçısı Rami Yusufla dostluğu sayəsində müsəlman mədəniyyəti haqqında daha çox məlumat əldə etməyi bacarıb.

“Bir dəfə Rami ilə Ramazan ayında görüşdük. Onunla birlikdə dua etməyimə icazə verdi və bu, mənim yetkin həyatımın ən gözəl anlarından biri oldu”, – deyə supermodel bildirib.

Mənbə: gazeta.ru

Share: