Avanqard tamaşaları ilə gürcü teatrında aparıcı mövqe tutan, Tbilisi Dövlət Akademik Teatrının bədii rəhbəri Levan Tsuladze festivalın sonuncu günündə “Qafqaz təbaşir dairəsi” adlı ustad dərsi verəcək.
Kulis.az xəbər verir ki, spiker Qafqaz teatr mühitindən və Bakıda Festival çərçivəsində müsabiqədənkənar tamaşa kimi nümayiş olunan, onun quruluş verdiyi “Kreyser sonatası” səhnə əsərindən bəhs edəcək.
Ustad dərsi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının böyük səhnəsində saat 15:00 – 16:30-da baş tutacaq.