Amerika yazıçısı John Jakes 90 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Jakes ümumilikdə, dünya üzrə 120 milyon nüsxədən çox satılan 80-dən çox kitab müəllifidir.
Yazıçının ilk romanı “Kent ailəsi üçün dastan” olub. 1982-ci ildə Şimal və Cənub trilogiyasından nəşr olunan bu roman əsasında film də çəkilib. Filmdə baş rolları Patrick Swayze və James Ried ifa ediblər.
Jakesdən geriyə 71 yaşlı həyat yoldaşı, dörd övladı, 11 nəvəsi və üç nəticəsi qalıb.