Fransalı deputatların bizim ərazilərimizdə, Dağlıq Qarabağımızda nə işi var? Onlar nə ixtiyarla təzədən Qarabağa qanunsuz səfərə hazırlaşırlar? Ümumiyyətlə, Fransa dövləti və parlamentariləri nədən Qarabağımızın “yaxa”sından əl çəkmək istəmir? Fransa prezidenti Emanuel Makron və yaxud Fransanın Azərbaycandakı səfiri Zakari Qross bu sualları cavablandıra bilərmi? Yəqin ki, cavablandırmaq istəməzlər.
Müstəqil.Az xəbər verir ki, bu sözləri Fransalı deputatların qanunsuz olaraq Azərbaycanın Qarabağ bölgəsinə səfər etmələrinə münasibət bildirərkən deyib. O, əlavə edib:
” Rəsmi Bakının razılığı olmadan bir qrup fransız deputatın Xankəndinə gəlməyə cəhd göstərməsi Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa qarşı açıq-aşkar hörmətsizlikdən başqa bir şey deyil. Ümumiyyətlə, qondarma “Fransa-artsax dostluq qrupu”nun fransalı sədri, deputat Gi Tessinin Dağlıq Qarabağa səfər etmək istəyi birinci dəfə deyil. O, öz deputat həmkarları ilə birlikdə hələ İkinci Qarabağ müharibəsindən əvvəlki dönəmdə də dəfələrlə Xankəndinə qanunsuz səfərlər edib və erməni separatçılığını rəsmən dəstəkləyib.
Məsuliyyətsiz və təxribatçı fransalı deputat öz açıqlamalarında qondarma “dqr”i nədənsə, həmişə Kosovo ilə müqayisə edir və Dağlıq Qarabağdakı separatçı ermənilərin Azərbaycan torpaqlarında müstəqil erməni dövləti qurmaq haqqına malik olduğunu bildirirdi. Bu, ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olan keçmiş Qarabağ münaqişəsinin sülh yoluyla həlli üçün vasitəçilik edən bir ölkənin – Fransanın adına həqiqətən də biabırçılıq idi.
Lakin yaxşı ki, Müzəffər Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində fransızların bu sərsəm ermənipərəst arzularını gözlərində qoydu və torpaqlarımızı işğaldan azad etdi. Bir sözlə, dövlətimiz və ordumuz yeni reallıq yaratdı. İndi Fransa dövləti və fransalı parlamentarilər də zəhmət çəkib bu yeni reallıqlarla barışmalı və Azərbaycanın suverenliyinə hörmətlə yanaşmalıdırlar. Gi Tessinin və onun həmkarlarının öz viruslu burunlarını Azərbaycanın ərazi məsələlərinə soxmağa ixtiyarları yoxdur.
Fransanın siyasi elitası separatçı erməniləri belə çox sevirsə, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi Fransa şəhərlərindən və ya əyalətlərindən birini (məsələn, Marseli və ya Tuluzanı) “sevimli ermənilər”i üçün ayırsınlar, ermənilər də gedib orda özləri üçün ikinci erməni dövləti qursunlar. Ümumiyyətlə, özünü sivilizasiyanın, mədəniyyətin, demokratiyanın beşiyi sayan Fransa dövləti nəhayət ki, beynəlxalq hüquqa hörmətlə yanaşmağı öyrənməlidir.
Müstəqil.Az