Macarıstanda Ukraynaya yardıma vetonun götürülməsi şərtini açıqlayıb

Macarıstanda Ukraynaya yardıma vetonun götürülməsi şərtini açıqlayıb

Macarıstanda Ukraynaya yardıma vetonun götürülməsi şərtini açıqlayıb

Macarıstan Ukraynaya Avropa İttifaqından yardım göstərilməsi ilə bağlı vetodan imtina etməyə hazırdır.

-nın məlumatına görə, bu barədə “Bloomberg” Macarıstan baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balazs Orbana istinadən məlumat yayıb.

Hazırda Macarıstan Aİ-nin 2024-2027-ci illəri əhatə edən uzunmüddətli büdcəsində Ukraynaya makromaliyyə yardımı üçün 50 milyard avro ayrılmasını nəzərdə tutan artımın qarşısını alır. Bundan əlavə, Budapeşt Aİ-nin dekabrın 14-15-nə planlaşdırılan sammitində Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına qarşıdır.

Müşavir bildirib ki, Macarıstan Avropa fondlarından onun üçün nəzərdə tutulan vəsaitin buraxılması müqabilində vetonu ləğv etməyə hazırdır.

Share: