Mağazada vaxtı keçmiş şokoladlar satılır – FOTO

Mağazada vaxtı keçmiş şokoladlar satılır. Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, Bakının Sabunçu rayonunun  Kürdəxanı qəsəbəsində yerləşən “İl” marketdə bu cür şokoladlar satılır. Üstündə heç bir yazısı olmayan və sadə şəkildə qablaşdırılan ağ və qara rəngli şokoladlar mağazada ucuz malların təklif oldunduğu vitrində 60 qəpiyə satılır.
Əməkdaşımız məsələni araşdırmaq üçün şokoladlardan birini alıb və açan zaman içindən çox pis qoxunun gəldiyinin də şahidi olub. Alıcılar isə bildiriblər ki, bu mağazada vaxtı keçən bir çox məhsullar satılır, amma şikayətlərə baxmayaraq heç bir tədbir görülmür.
Müstəqil.Az Moderator.az-a istinadla adı şəkilən şokoladın fotosunu təqdim edir.
Share: