“Mağazadan çıxdım ki, maşınım alovlanıb” – Usta SƏBƏBLƏRİNİ AÇIQLAYIB

“Mağazadan çıxdım ki, maşınım alovlanıb” – Usta SƏBƏBLƏRİNİ AÇIQLAYIB

<!– –>

if (screen.width > 576) {
(() => {
var zoneInfo = {
slot: ‘/22785635315/22890818619’,
size: [600, 338],
zoneId: ‘22889818619’,
};
var adviadAd = document.createElement(‘div’);
adviadAd.setAttribute(“style”, “min-width: 600px; max-height: 338px; text-align:center;”);
adviadAd.setAttribute(“id”, zoneInfo.zoneId);

let script = document.createElement(‘script’);
script.defer = true;
script.src = “https://ssp.adviad.com/v1/get_ads.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(script);

let findCenter = document.createElement(‘script’);
findCenter.defer = true;
findCenter.src = “https://ssp.adviad.com/v1/findCenter.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(findCenter);

script.onload = function () {
adviadFetchKeys(zoneInfo)
}
findCenter.onload = function () {
setElement(adviadAd)
}
})()
} else {
(() => {
var zoneInfo = {
slot: ‘/22785635315/22882913269’,
size: [300, 250],
zoneId: ‘22881913269’,
};
var adviadAd = document.createElement(‘div’);
adviadAd.setAttribute(“style”, “min-width: 300px; max-height: 250px; text-align:center;”);
adviadAd.setAttribute(“id”, zoneInfo.zoneId);

let script = document.createElement(‘script’);
script.defer = true;
script.src = “https://ssp.adviad.com/v1/get_ads.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(script);

let findCenter = document.createElement(‘script’);
findCenter.defer = true;
findCenter.src = “https://ssp.adviad.com/v1/findCenter.js?v” + new Date().toJSON().slice(0, 10).replace(/-/g, ‘.’);
document.currentScript.parentElement.appendChild(findCenter);

script.onload = function () {
adviadFetchKeys(zoneInfo)
}
findCenter.onload = function () {
setElement(adviadAd)
}
})()
}

“Getdim, baxdım gördüm ki, tüstülənməyə başlayıb. Çox qısa vaxtda yandı, kül oldu”, “Mağazaya düşüb getdim, gəldim gördüm ki, maşın alovlanıb”. 

Bu sözləri son bir neçə ayda tez-tez eşitmişik.

Fəsildən asılı olmayaraq avtomobillərin qəfil alışıb yandığının şahidi oluruq. İstər dayanmış, istərsə də hərəkətdə olan vəziyyətdə avtomobil alışa bilir. Yayda qızmar günəş şüalarından alışdığı deyilən maşınlar təəssüf ki, sərin havalarda belə, qəfil yanmağa başlayıb.

Bir müddət öncə bu hal Milli Məclisin yanında baş verib. Yolda dayanan “Chevrolet Cruze” qəfil yanmağa başlayıb.

Maraqlıdır, maşınlar niyə yanır? Yanğın nədən baş verir? Sürücülər nəyə diqqət etməlidirlər?

Bu barədə Lent.az-a elektrik, avtomobil ustası Nihad Qasımov səbəbləri açıqlayıb.

Onun sözlərinə görə, avtomobil yanmalarına səbəb əlavə avadanlıqların quraşdırılmasıdır:

“Avtomobilin öz təchizatından əlavə avadanlıqlar, ksenon bloklar qoyulur. Bundan əlavə, köhnə maşınlarda naqillərin çürüməsi baş verir. Naqillərin üstü quruyur, tökülür. O da digərləri ilə əlaqəyə girir. Nəticədə yanğın baş verir.

Naqillərin köhnəlməsi, əlavə siqnal, eləcə də işıq sistemlərinin qoşulması qısaqapanmaya gətirib çıxarır. Xaricdən gətirilən, müdaxilə nəticəsində sükanı sağdan sola keçirilən avtomobillərdə də yanğın təhlükəsi var.

Məsələn, 55 vt lampa yerinə, 100 vt qoyanda ərimə baş verir. Lampa yerindən çıxır, başlayır alışma verməyə”.

Usta bildirib ki, maşın alarkən elektrik sisteminə xüsusi diqqət edilməlidir:

“Avtomobil alarkən elektrik sistemi mütləq yoxlanılmalıdır. Sükanın dəyişdirilməsinə, lampalarda yüksək vt qoyulmasından qaçmaq lazımdır. Nəqliyyat vasitələrinin zavod istehsalı necədirsə, elə də idarə olunmalıdır”.

Xatırlatmaq lazımdır ki, avtomobilə edilən müxtəlif müdaxilələr nəticəsində cərimələnə də bilərsiniz.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, avadanlığın quraşdırılması və dəyişdirilməsinə görə 150 manat, xüsusi icazə olmadan səsgücləndirici və ya sayrışan işıqların istifadəsinə görə isə 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur.

Share: