Polşanın “Legiya” klubu son 10 ildəki bombardirlərinin siyahısı açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, siyahıda Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yer alıb.
O, 10-cu pillədə qərarlaşıb. Hazırda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Emreli Varşava təmsilçisinin heyətində 33 oyuna 11 qol vurmuşdu.
Siyahıya 86 oyuna 55 qol vuran Nemanya Nikoliç başçılıq edir.