Mahir oynadı, “Konyaspor” heç-heçə etdi

Mahir oynadı, “Konyaspor” heç-heçə etdi

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” Türkiyə Super Liqasında 28-ci tur oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, komanda “Antalyaspor”u qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

“Konyaspor” – “Antalyaspor” – 1:1

Qollar:
Demir, 24 (1:0), Rayt, 45 (1:1)

M.Emreli sözügedən görüşə ehtiyat oyunçular skamyasında başlayıb. 25 yaşlı hücumçu 66-cı dəqiqədə meydana daxil olub və sona kimi oynayıb.

Qeyd edək ki, “Konyaspor” hazırda 36 xalla (27 oyun) 8-ci, “Antalyaspor” 29 xalla (26 oyun) 11-cidir. Turnir cədvəlinə 63 xalla (26 oyun) “Qalatasaray” başçılıq edir.


Share: