“Qarabağ”ın futbolçusu Maksim Medvedev Çempionlar Liqasında “Ferençvaroş”la keçiriləcək matçda iştirak etməyəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.
O bildirib ki, Maksim belindəki ağrılar səbəbindən meydana çıxmayacaq.
Qeyd edək ki, matç avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.