Türkiyənin Malatya şəhərinin Pütürge rayonunda zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Bildirilib ki, yerli saatla 18.02-də 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 6,96 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.