Malayziyanın keçmiş hökumət başçısı həbsə göndərilir

Malayziyanın keçmiş hökumət başçısı həbsə göndərilir

Malayziyanın keçmiş baş naziri Nəcib Razak milyardlarla dollarlıq 1MDB qalmaqalına görə həbs olunacaq. Kuala-Lumpur məhkəməsi onun son apellyasiya müraciətini rədd edib.

Keçmiş hökumət başçısı çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər ittihamlarda təqsirli bilinib.

2009-2018-ci illərdə Malayziyanın baş naziri olmuş Razakı 12 il müddətinə azadlıqdan məhrumetmə gözləyir.

Qeyd edək ki, ittihamlar keçmiş Suveren Sərvət Fondu ilə bağlı olub. Prokurorluğun iddiasına görə, o və müttəfiqləri bu fonddan zəngin həyat tərzi və seçkiqabağı təbliğat üçün şəxsi kassaları kimi istifadə ediblər.

Razak həmçinin 210 milyon Malayziya ringgiti (46,94 milyon dollar) məbləğində cərimələnib.

Mənbə: Mk.ru

Share: