“Mançester Yunayted”in rəhbərliyi baş məşqçisi Joze Mourinyoya yeni transferlər edəcəyi halda komandanın bəzi futbolçularını satmağı xahiş edib.
Klub rəhbərliyi qış transfer pəncərəsi dönəmində alqı-satqı məsələsinin “MY”yə maddi tərəfdən faydasını yoxlamaq fikrindədir.
Son 2 ildə Mourinyonun istəyi ilə klub 6 əsas transferə ümumilikdə 285 milyon funt xərcələyib.
Qeyd edək ki, hazırda belçikalı yarımmüdafiəçi Maryan Fellayninin klubdakı taleyi sual altındadır. Gələn yay müqaviləsi başa çatacaq futbolçunun qışda digər klublarla danışıqlara başlayacağı istisna edilmir.