Manqo yeyən inəklər,dünyanın ən bahalı böcəyi və donuzların faydası – Rənglərin tarixi

Manqo yeyən inəklər,dünyanın ən bahalı böcəyi və donuzların faydası – Rənglərin tarixi

Kulis.az rənglərin tarixi haqda yazını təqdim edir.

İlk boya piqmentləri 40 min il əvvəl torpaq, heyvan yağı, kösöv, təbaşir qarışığıyla əldə edilirdi.

Əvvəl palitralar qırmızı, sarı, qəhvəyi, qara və ağ – beş əsas rəngdən ibarət idi.

Bu gün saysız-hesabsız rənglər, rəng çalarları var.

1. Əsrlər əvvəl mağara rəsmlərində istifadə edilən qırmızı piqmentlər ən qədim rənglərdən biridir.

Qırmızı piqmentlər minerallarla zəngin qırmızı torpaqlardan alınırdı. Əsrlər sonra 16-cı və 17-ci əsrlərin ən məşhur qırmızı piqmentləri Meksikada yaşayan kaktus böcəyi koşenildən alınmağa başladı.


Koşenildən alınan boya Amerikdan ixrac olunan məhsullar arasındakı çoxluğuna görə üçüncü yeri tuturdu. Koşenil boyasından bu gün də dodaq boyalarının və ənliklərində hazırlanmasında istifadə olunur.

2. Orta əsrlərdən etibarən müqəddəs Məryəmin rəsmlərində mavi rəngdən istifadə edilməyə başlanıldı.

Bəzi təsvirlərdə isə tünd mavi tonlardan istifadə edilib. Əvvəl mavinin simvolik əlavə olduğu düşünülürdü, ancaq əsas səbəb, əlbəttə, mavi piqmentlərin kifayət qədər baha olması idi.

Mavi rəng lapis lazuli daşından əldə edilirdi ki, o daşın da ən keyfiyyətlisi yalnız dağlıq Əfqanıstan bölgəsində mövcud idi. Ona görə də mavi rəng baha başa gəlirdi.

3. Sarı məşhur deyildi.

J.M.V Turner və Vinsent van Qoq istisna, sarı rəngdən istifadə edən sənətkar azdır. Turner sarını o qədər sevirdi ki, onu “sarı rənglə savaşdığına” görə tənqid edirdilər. Onlar fikirləşirdilər ki, rəssam görmə qüsurludur.

Sarı rəng manqo ilə bəslənən inəklərin sidikindən alınırdı. Heyvanlar üçün zərərli olduğuna görə, sonradan bu üsul qadağan edildi.


4. Təbiəti xatırladan yaşıl rəng ən zəhərli piqmentlərdən biri olub.

1775-ci ildə isveçli kimyaçı Karl Vilhelm Şeyele arsendən istifadə edərək parlaq yaşıl piqment “Şeyele yaşılı”nı icad etdi. Bu piqment 19-cu əsrdə Monet, Sezan və Renuar kimi rəssamlar bu piqmentdən istifadə edərək canlı zümrüd effekti yaradırdılar. Lakin bu zəhərli piqment nəhayət, 1960-cı illərdə qadağan edildi.


5. Bənövşəyi rəng nadir tapıldığına, çətin istehsalına görə zənginlik və zadəganlıq göstəricisi idi.

Bənövşəyi rəngdən tez-tez istifadə edən Klod Monet “Mən nəhayət, atmosferin əsl rəngini kəşf etdim, Bu, bənövşəyidir! Təmiz hava bənövşəyi rəngdədir!” – dedi. Bu piqmenti çətin tapıldığına görə, ondan yalnız aristokratlar istifadə edə bilərdi.

Sonra donuzun sidik kisəsində boya daşımaqdan yorulan Con Qof Rand adlı amerikalı rəssam 1841-ci ildə qalaydan xüsusi boyadaşıyıcı qab hazırladı.

Beləliklə, rəssamlar bənövşəyi rəngi əldə etmək üçün artıq mavi və qırmızı rəngləri ayrı-ayrılıqda daşımaq məcburiyyətində qalmadılar və bənövşəyi rəng xeyli populyarlaşdı.


6. Qurğuşun ağı.

Qurğuşun ağı işığı ağın digər çalarlarından daha çox əks etdirirdi. Lakin bu piqmentin istehsalı heç də praktiki deyildi. 17-ci əsrdə Hollandiyada bu piqmenti əldə etmək üçün qurğuşun, sirkə, inək və at peyininin qarışığından istifadə edirdilər. Bu piqment zəhərli olduğuna görə, 1978-ci ildən etibarən ABŞ-də qadağan edildi.

Share: