Maradonanın İngiltərəyə əllə vurduğu top hərracda satılacaq

Maradonanın İngiltərəyə əllə vurduğu top hərracda satılacaq

Argentinalı futbolçu əfsanəvi Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatının 1/4 finalında İngiltərəyə əllə vurduğu top hərracda 2,5-3 milyon funt-sterlinqə satılacaq.

Həmin matçda baş hakim Əli bin Naser Maradonanın topu əli ilə necə vurduğunun fərqinə varmayıb. Hazırda bu topun sahibi də məhz həmin hakimdir.

Hərrac noyabrın 16-da keçiriləcək.

Qeyd edək ki, Maradona 2020-ci il noyabrın 25-də vəfat edib.

Mənbə: gazeta.ru

Share: