“Birinci Kanal”ın canlı yayımında Ukraynadakı müharibəyə etiraz edərək gündəmə gələn redaktor Marina Ovsyannikovanı 10 ilədək həbs gözləyir.
Bu barədə onun vəkili Dmitri Zaxvatov məlumat verib.
Məlumata görə, polis Ovsyannikovanın evində axtarış aparıb.
Qadına qarşı Rusiya Federasiyası Silahlı Qüvvələrini nüfuzdan salma maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, ötən gün Moskva məhkəməsi Rusiya ordusunu nüfuzdan saldığını əsas gətirərək redaktoru 40 min rubl məbləğində (1 000 manat) cərimələyib.
Məlumat üçün əlavə edək ki, M.Ovsyannikova sonuncu dəfə Kreml sarayının yaxınlığında “352 uşaq ölüb, sizin dayanmağınız üçün daha neçə uşaq ölməlidir?” yazılan plakatla etiraz aksiyası keçirib.
Mənbə: Mash “Telegram” kanalı