Mariupol sakinləri ruslara Hitler və faşistlər deyərək bağışlamayacaqlarını bəyan etdi

Mariupol sakinləri ruslara Hitler və faşistlər deyərək bağışlamayacaqlarını bəyan etdi

Mariupol Şəhər Şurası rus qoşunlarının şəhəri atəşə tutmasının nəticələrinin görüntülərini nümayiş etdirib və hücumdan sonra şəhər sakinlərinin ruslara müraciətini yayıb.

Müstəqil.Az xəbər verir ki, müraciət Şəhər Şurasının Teleqram kanalında dərc olunub.

“27.02.2022-ci il. Mariupol. Bizi belə xilas edirsiniz, rus “qardaşlar”? Biz – ruslar, ukraynalılar, yunanlar, biz mariupollular bunu heç vaxt unutmayacaq və bağışlamayacağıq. Heç vaxt. Necə ki, babalarımız Hitleri və faşistləri bağışlamadı”, – müraciətdə bildirilib.

Müstəqil.Az

Share: