“Maşa və ayı”nın daha bir bölümü Azərbaycana həsr olundu – VİDEO

“Maşa və ayı”nın daha bir bölümü Azərbaycana həsr olundu – VİDEO

Məşhur “Maşa və ayı” (“Маша и Медведь”) cizgi filminin daha bir bölümü Azərbaycana həsr olunub.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, Maşa ekran işində Azərbaycan nağıl personajı “Məlikməmməd”dən bəhs edib.

Adət-ənənələrimizdən danışılan cizgi filmində Məlikməmmədin və nişanlısı Göyçək Fatmanın milli geyimlərdə olması, azərbaycanlıların armudu stəkanda çay içməyi sevməsi xüsusilə vurğulanıb.

Diqqət çəkən məqamlardan biri də Göyçək Fatma kamançada “Sarı gəlin”i ifa etməsidir.

Qeyd edək ki, “Maşa və ayı”nın yeni mövsümdəki ilk bölümündə “Cırtdan”dan bəhs olunurdu.

Share: