Noyabrın 7-də saat 4 radələrində Masallı rayonu Birinci Yeddioymaq kəndində evlərin birində 1996-cı il təvəllüdlü Fətullayeva Salatın Hüseyn qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, cinayət əməlini törətməkdə qadının atası, 1969-cü il təvəllüdlü Şükürov Hüseyn Qurban oğlu şübhəli bilinir. O, saxlanılıb.
Hadisə ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.