Masallıda azyaşlı 10 metrlik su quyusuna düşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirliyin Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Öncəqala kəndində 1 nəfər azyaşlının su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə azyaşlını dərinliyi təqribən 10 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.