ABŞ-li milyarder, “Tesla” və “SpaceX”in rəhbəri İlon Mask ilk dəfə olaraq süni intellekt sahəsində inkişaf edəcək “xAI” adlı yeni şirkətin yaradıldığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, şəxsi tviter səhifəsində məlumat verib.
“Bizə reallığı dərk etməyə imkan verəcək “xAI” şirkətinin yaradılmasını elan edirik”, – Mask qeyd edib.
Şirkətin x.ai internet saytı da fəaliyyətə başlayıb.