“Matç TV”yə “Qarabağ”la bağlı etiraz…

“Matç TV”yə “Qarabağ”la bağlı etiraz…

Azərbaycan İdman Jurnalistləri Federasiyası (AİJF) Rusiyanın “Matç TV” idman kanalının Azərbaycanın Ağdam şəhərini təmsil edən “Qarabağ” futbol klubunun UEFA Avropa Liqasındakı oyunlarının yayımlanmasına qadağa qoyması ilə bağlı Rusiya İdman Jurnalistləri Federasiyasına rəsmi məktubla müraciət edib.

Müstəqil.Az Axar.az-a istinad edərək  xəbər verir ki, müraciətdə 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan təcavüzünün dünya birliyi, BMT və beynəlxalq təşkilatlar tərəfindən təsdiqləndiyi bildirilib. Qeyd edilib ki, bu gün dünya birliyi Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilən terrordan dəhşətə gəlir.

Müraciətdə deyilir:

“Bu günlərdə Rusiyanın idman televiziya kanalı “Matç TV” Azərbaycanın Ağdam şəhərini təmsil edən “Qarabağ” futbol klubunun Avropa Liqasında oyunlarının yayımlanmamasına qərar verib. Bu, Azərbaycan tamaşaçısının diqqətindən yayınmayıb. “Qarabağ” Azərbaycanın ən güclü futbol klubudur və uzun illər ölkəsini UEFA-nın himayəsi altında keçirilən Çempionlar Liqasında və Avropa Liqasında uğurla təmsil edir”.

Məlumatda bildirilir ki, erməni millətindən olanların bunu “bəyənməməsi”nə görə “Qarabağ” komandaısnın matçlarının Rusiya telekanalında nümayiş olunmasının qadağan edilməsi Rusiya KİV-lərinin Azərbaycana qarşı qərəzli olduğunu düşünməyə əsas verir:

“Bu, Ermənistan tərəfinin Azərbaycan və Rusiya arasındakı dostluq münasibətlərinə zərbə vurmaq cəhdi kimi qiymətləndirilə bilər. Azərbaycan İdman Jurnalistləri Federasiyası “Matç TV”nin Azərbaycana qarşı qərəzli münasibətini qınayır və qəti şəkildə etirazını bildirir”.

Müstəqil.Az

Share: