MB-nin rezervləri əridi, böhran qapıdadır – Baqratyan

MB-nin rezervləri əridi, böhran qapıdadır – Baqratyan

İqtisadi böhran artıq qapımızı döyür.

Müstəqil.Az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

“Bu, təkcə müharibənin və pandemiyanın nəticələri ilə bağlı deyil, həm də hökumətin və Ermənistan Mərkəzi Bankının populist siyasətinin nəticəsidir. İllərdir deyirik ki, milli valyutanın dayanıqlı və üzən məzənnə forması qlobal dünyada normal addımdır. Ermənistan Mərkəzi Bankı nə üçün dramı son 2 il yarımda stabilləşdirdi? Yalnız bir izahı var – populizm. Bu şərtlər altında dramın kursu dövrü olaraq düşür.

Sentyabr-oktyabr aylarında Ermənistan Mərkəzi Bankının rezervləri çökdü. Təkcə oktyabr ayı üçün 550 milyon dollar azaldı. İxracın azalması prosesi baş verir. Bankların kredit portfelində dollar kreditlərinin payı artır. Transfertlər azalır, ölkədən vəsaitlərin çıxarılması davam edir. Mərkəzi Bank isə hər şeyi əksinə edir”, – Baqraytan bildirib.

 

Müstəqil.Az

 

Share: