2024-cü il Avropa çempionatının seçmə mərhələsinin B qrupunda Fransa Niderlandı səfərdə 2:1 hesabı ilə məğlub edib. Qarşılaşmada 2 qol vuran 24 yaşlı ulduz futbolçu Kilian Mbappe Fransa əfsanəsi Mişel Platinini keçərək millidəki qollarının sayını 42-yə çatdırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, matçın 7 və 53-cü dəqiqələrində 2 qol vuran 24 yaşlı futbolçu Kilian Mbappe milli ilə ümumilikdə 42 qol vurub.
Mbappe bu nəticə ilə 4-cü bombardir fransız futbolçu olub.
Siyahının başında 54 qolla Olivier Jiru, 51 qolla Tyerri Henri və 44 qolla Antuan Qrizmann qərarlaşıb.