Jurnalist Ekspert Mərkəzinin (JEM) saytı fəaliyyətə başlayıb. Mediaekspert.az adlanan sayt perspektivdə bütün seqmentlər üzrə jurnalistikaya aid məsələləri işıqlandıracaq.
JEM-i təmisl edən jurnalistlərin aktual mövzulara dair təhlilləri, araşdırmaları, reportajları, analitik məqalələri də saytda yer alacaq.
Bu barədə açıqlama verən İctimai Birliyin sədri Ceyhun Musaoğlu deyib ki, saytda jurnalistlərin marağına səbəb olacaq yeniliklər tətbiq edilib:
“Mediaekspert.az – https://mediaekspert.az/ məkanında monitorinq aparacaq, Jurnalistlərin Etik Davranış Qaydalarına hansı dərəcədə əməl olunduğunu müəyyənləşdirəcək, jurnalistikaya yad elementləri aşkara çıxaracaq. “Rəqəmxəbər” bölməsi ölkəmizdə və dünyada jurnalistikaya dair statistik məlumatları əks etdirəcək. Saytda şəhid və qazi jurnalistlərə həsr olunmuş ayrıca bölmə də var. Mediaekspert.az jurnalistləri onların doğum günündə təbrik edəcək. Bunun üçün də “Onların günü” adlı bölmə yaradılıb. Ümumilikdə isə sayt əsasən JEM-in fəaliyyətini, həyata keçirdiyi layihələri işıqlandıracaq. Hədəflərimiz genişdir, hələlik detallara varmaq istəmirik. Yalnız onu deyə bilərəm ki, məqsədimiz jurnalistikaya dair ixtisaslaşmış sahə saytına çevrilməkdir”.
Elə bir platforma qurmaq istəyirik ki, media cameəsi bu bazadan səmərəli şəkildə yararlana bilsin.