Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Donbasa səfər edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Medvedyev həmin səfəri ölkə Prezident Vladimir Putinin tapşırığına əsasən edib.
Bildirilib ki, sədr müavini Donetsk Xalq Respublikasında təmas xəttinə yaxın ərazidə yerləşən müqaviləli hərbçilərin poliqonuna baş çəkib.