Türkiyədə zəlzələ baş verən bölgədələrdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, bu işlərə cəlb edilən mehmetçiklərdən birinin davranışı duyğulu anlar yaşadıb.
Belə ki, o, dağıntılar altında anasını itirən Ayşegül adlı 8 yaşlı qızın ad gününü kekslərin ortasına şam qoyaraq təbrik edib.
Uşağın üzündə bəlkə də zəlzələdən sonra ilk gülüşə səbəb olan həmin təsirli görüntüləri təqdim edirik: