Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyeva Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında uğurlu çıxış etmiş Azərbaycan gimnastlarını təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə Mehriban Əliyeva öz “Instagram” hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Ura! Sizi təbrik edir, sizinlə fəxr edirəm! Çox möhtəşəmsiniz! Əməyinizə, qələbə əzminizə, gözəlliyinizə və zərifliyinizə görə çox sağ olun!”
Xatırladaq ki, sözügedən yarışda böyüklərdən ibarət qrup hərəkətlərində Azərbaycan komandası qızıl, gənclərdən ibarət qrup komandamız çempionatın çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.