Birinci vitse-prezident Mehriban Əliyeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Müstəqil.Az xəbər verir ki, Birinci vitse-prezident bununla bağlı öz “İnstagram” hesabında yazıb:
“Əziz həmvətənlər!
Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Qoy, Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin! Qoy, yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsun! Bu bayram günündə sizə möhkəm cansağlığı, xoş ovqat, ailələrinizə sevinc və rifah arzulayıram”.