Mehriban xanım Əliyevaya oğlunun öldürüldüyünü iddia edən Bəybala Hüseynovdan müraciət

Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya

Bakı şəhər, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi, ev-18, mənzil-11 ünvanda yaşayan Hüseynov Bəybala Qaraş oğlu tərəfindən

 

                                                                            A Ç I Q M Ə K T U B

Hörmətli Mehriban xanım!
Bir müddətdir ki, üz-üzə qaldığımız faciə ilə bağlı olay, ölkə ictimaiyyətinin müzakirə etdiyi məsələlərdən birinə çevrilib. Yəni, onu bildirmək istəyirəm ki, Baş Prokurorluğun əməkdaşı olmuş övladım, mərhum Emin Hüseynov 18 avqust 2017-ci il tarixdə zəhərləndirilərək qətlə yetirildikdən sonra, cənab Prezident İlham Əliyevə, şəxsən Sizə və aidiyyəti üzrə əksər dövlət qurumlarının rəhbər şəxslərinə dəfələrlə müraciərlər etsəm də, bugünə qədər müraciətlərimin heç birinə əsaslandırılmış cavab verməyiblər. Bilirəm ki, Siz baş verən faciə ilə bağlı məlumatlı olsaydınız, heç zaman biganə qalmazdınız. Son anda hər kəsi mətbuat vasitəsi ilə məlumatlandırmağa məcbur oldum. Məsələnin mahiyyəti ictimailəşdirildikdən sonra, Baş Prokurorun birinci müavini cənab Rüstəm Usubov məni qəbul etdi və bildirdi ki, “Bugünə qədər belə bir faciə haqda məlumatım olmayıb”. Mən görüşümüz zamanı Rüstəm Usubova dəfələrlə müraciət etdiyimi bildirdim və onu da qeyd etdim ki, əgər bu məsələ Sizdən gizli saxlanılıbsa, əslində bu dövlətə, ölkə rəhbərinə qarşı düşünülmüş təxribatdır. Belə hallar ölkə rəhbərinin, Mehriban xanımın, Sizin gördüyünüz böyük işlərə kölgə salır.

Mehriban xanım! Sizin sosial problemlərin həlli yöndə gördüyünüz işlər, məmur özbaşınalığına qarşı apardığınız davamlı mübarizə göz önündədir. Bunları görməmək olmaz. Belə məmurlar Sizin gələcək siyasətinizdə sanki qara ləkədirlər. Belə ləkələrin təmizlənməsinin zamanı çoxdan çatıb. Çünki, məmurların insanların problemlərinə biganə qalmaları səbəbindən, onlar problemlərini həll etmək üçün Avropa ölkələrinə üz tuturlar. Bu da Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzuna mənfi təsir göstərir. Bizim Avropa dövlətləri ilə eyni səviyyədə olan dövlətimiz, həmin dövlərlərin rəhbərlərindən nüfuzlu rəhbərimiz, dövlətimizin qanunu və qanunlarımızın aliliyi var. Məmurlar öz səlahiyyətlərini aşmasalar, o halda hər bir problemin həlli mümkündür. Ona görə belə halların qarşısı alınmalıdır.

Oğlumun ölümünə gedən yol onun Baş Prokurorluğa işə qəbulu zamaı alınmış 200 000,00 (iki yüz min) ABŞ dolları məbləğində rüşvətdən və işə götürülərkən qol qoyulan qanunsuzluqlardan başlayır. Oğlumun qətlinə səbəb, məndən alınmış 200 000,00 (iki yüz min) ABŞ dolları məbləğində rüşvətin ört-basdır edilməsi və işə qəbul zamanı qol qoyulmuş qanunsuzluqların izinin itirilməsinə çalışılması olub. İşə qəbul üçün hazırlanmış dosye hal-hazırda Baş Prokurorluqda saxlanılır, yəqin ki, araşdırıla bilər. Mən bu cinayətdə Baş Prokurorluğu ittiham edirəm, bəlkə mən yanılıram və bugünə qədər ciddi ittihamlarımın qarşılığında Baş Prokurorluq susur və heç bir açıqlama da vermək istəmir. Əslində ilk müraciətimdən sonra Baş Prokurorluq araşdırma işləri aparmağa başlamalı idi. Qətlə yetirilən Baş Prokurorluğun əməkdaşı, ittiham olunan isə Baş Prokurorluqdursa, o halda qarşı tərəfin bu məsələ ilə bağlı doğru açıqlama verməsi olduqca zəruri idi.

Hörmətli Mehriban xanım! Bu məsələnin araşdırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə xüsusi tapşırıq verməyinizi çarəsiz bir ata olaraq Sizdən artıq dərəcədə xahiş edirəm. Mən Sizə inanıram və o halın varlığına da inanıram ki, hər kəsin problemlərinə biganə qalmadığınız kimi, mənim tək və gənc oğlumun qətlinə də biganə qalmayacaqsınız.

Hörmətlə,
Hüseynov Bəybala Qaraş oğlu
Mob: 055 215 20 17
15 aprel 2019-cu il

Share: