Meksikada hava temperaturunun yüksək olması səbəbindən 8 nəfər dünyasını dəyişib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ölkənin şimal-qərb və cənub-şərqində temperatur mövsüm normalarından bir neçə dərəcə yüksəkdir. Belə ki, burada temperatur hazırda 40 dərəcədən çoxdur.
Ölkənin Səhiyyə Nazirliyi onlarla insanın günvurma səbəbindən həkimə müraciət etdiyini açıqlayıb. Bununla yanaşı, yüksək temperaturun hələ bir neçə gün davam edəcəyi bildirilir.