Meksikanın Quanaxuato əyalətində gizli məzarda insan qalıqları aşkar edilib.
İrapuato şəhərinin Santa Fe rayonunda tərk edilmiş fermada aparılan axtarış zamanı sümüklərin 47 nəfərə məxsus olduğu müəyyənləşib.
Qalıqların təxminən 1 il əvvələ aid olduğu və hadisə ilə bağlı geniş araşdırma başlanıldığı məlumdur.
Çıxarılan sümüklər müayinə olunmaq üçün aidiyyəti üzrə aparılıb. Ərazidə qazıntı işləri davam etdiriləcək.
Mənbə: TRT Haber