Meksikada ictimai yerlərdə siqaret çəkmək tamamilə qadağan olunub

Meksikada ictimai yerlərdə siqaret çəkmək tamamilə qadağan olunub

Meksika ictimai yerlərdə siqaret çəkməyi tamamilə qadağan edən dünyanın ən sərt siqaret əleyhinə qanunlarından birini qəbul edib.

Latın Amerikasının bir sıra digər ölkələrində də analoji qərarlar tətbiq olunub. Bununla belə, Meksikadakı qanun Amerikada ən etibarlı və əhatəli hesab olunub.

Ekspertlərin fikrincə bu, dünyada siqaretə qarşı ən sərt qanunlardan biridir. Meksikada 2008-ci ildən barlarda, restoranlarda və iş yerlərində tüstüdən azad zonalar yaradan qanun indi bütün ictimai yerlərdə tam qadağaya qədər genişləndirilib. Bura parklar, çimərliklər, hotellər, ofislər və restoranlar da daxildir.

Həmçinin tütün məmulatlarının reklamı, təşviqi və sponsorluğuna tam qadağa qoyulub. Siqaretin hətta mağazalarda nümayişinə belə icazə verilmir.

Artıq elektron siqaretlər də xüsusilə qapalı yerlərdə daha sərt məhdudiyyətlərə məruz qalır.

Mənbə: autoparus.by

Share: