Meksikada qeyri-qanuni miqrasiya səbəbindən 60 qatarın hərəkəti dayandırılıb

Meksikada qeyri-qanuni miqrasiya səbəbindən 60 qatarın hərəkəti dayandırılıb

Meksikanın ən böyük dəmiryol operatoru “Ferromex”, nəqliyyat vasitəsi qismində yük qatarlarından istifadə edən qeyri-qanuni miqrantların sayının artması səbəbindən bir neçə marşrut üzrə yükdaşıma xidmətlərini müvəqqəti olaraq ləğv etmək qərarına gəlib.

“Ölkənin müxtəlif bölgələrində cəmləşmiş miqrantların sayında nəzərəçarpacaq artımı və yük qatarlarından istifadənin onların təhlükəsizliyinə ciddi təhlükə yaratdığını nəzərə alaraq, “Ferromex” hazırda 60 qatarı müvəqqəti olaraq dayandırıb”, – deyə şirkətin çərşənbə axşamı “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) hesabında dərc olunmuş bəyanatında bildirilir.

Qeyd olunur ki, ölkənin şimal sərhədinə gedən dayandırılmış qatarların tutumu 1,8 min yük maşınının tutumuna bərabərdir. Yükdaşıma şirkəti bildirir ki, son günlər qatarlardan istifadə edən miqrantların sayı xeyli artıb – hazırda ən azı 2300 belə qeyri-qanuni immiqrant var.

Mənbə: TASS

Share: