Meksikanın paytaxtı Mexikodan qərbdə yerləşən Miçoakan ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub.
Bu barədə ştatın prokurorluğu “Twitter” səhifəsində məlumat yayıb. Məlumatda prokurorluğun əməkdaşlarının Madero bələdiyyəsində, Las-Xuntas ətrafında qəzanın səbəblərini araşdırdığı bildirilir./publika.az