“Mercedes” batdı, sürücüsü üzüb çıxdı -Video

Avqustun 1-i  səhər Moskvanın Basmannı rayonunda “Mercedes” dəmir arakəsməni qıraraq Yauza çayına düşüb.

Hadisə yerindən görüntüləri “Layf” yayıb.

Kadrlardan görünür ki, maşın tam çayın dibinə enib, hadisə yerində isə xilasedicilər işləyir.

İlkin məlumata görə, hadisəyə səbəb “Mercedes”in idarəetməni itirməsi olub.

Sürücü üzərək çayın sahilinə çata bilib.

Yauza – Moskva çayının qoludur, orta dərinliyi 2-3 metrdir.

 

Share: