Merve Dizdar Kannda ən yaxşı qadın aktrisa mükafatını qazandı

Aktrisa Merve Dizdar 76-cı Kann Film Festivalında Nuri Bilge Ceylanın çəkdiyi “Quru Otlar Üstünə” filmindəki roluna görə ən yaxşı qadın aktrisa mükafatını alıb.

Kulis.az xəbər verir ki, film Türkiyənin ucqar kəndlərindən birində xidmətini başa vuran və başqa bir müəllim Nuray (Merve Dizdar) ilə tanış olana qədər buradan getmək ümidini itirən gənc rəsm müəllimi Səməddən (Dəniz Celiloğlu) bəhs edir.

Filmdə Deniz Celiloğlu, Merve Dizdar, Musab Ekici, Ece Bağcı, Cengiz Bozkurt, Münir Can Cindoruk, Elif Ürse, Erdem Şenocak, Elit Andaç Çam, Nalan Kuruçim rol alıb.

Qeyd edək ki, film 76-cı Kann Film Festivalının Əsas Müsabiqə kateqoriyasında yarışıb.

Share: