Fransa Liqa 1 – də 2022/2023 mövsümünün ən yaxşı əcnəbi futbolçusu məlum olub.
Turnirin saytının yaydığı məlumata görə, bu ada PSJ-də çıxış etmiş Lionel Messi layiq görülüb. Argentinalı oyunçu ötən mövsüm 32 oyunda 16 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Messi bir müddət öncə Paris klubundan ayrılıb və ABŞ təmsilçisi “İnter Mayami”yə keçib.