Argentina millisi Pekində keçirilən yoldaşlıq görüşündə Avstraliya yığmasına qalib gəlib.
“Qafqazinfo” xəbər verir ki, 2:0 hesabı ilə başa çatan görüşdə Argentina millisinin oyunçusu Lionel Messi karyerasında ən sürətli qolunu vurub.
Belə ki, Messi 80-ci saniyədə hesabı açıb.
Xatırladaq ki, futbolçu bir neçə gün əvvəl ABŞ-nin “İnter Mayami” futbol klubu ilə müqavilə imzaladığını açıqlayıb. Müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. O, klubda hər ilinə 50 milyon avro maaş alacaq.