Messinin “Ayaqlarını kəsdilər” – FOTO

“Barcelona”ın hücumçusu Lionel Messinin Argentinadakı heykəli ikinci dəfə hücuma məruz qalıb.

Goal.az xəbər verir ki, Buenos-Ayros şəhərində yerləşdirilən heykəlin bu dəfə ayaqları kəsilib. Bir çox argentinalı məşhurun heykəlinin yerləşdiyi ərazidə bunu kimin etdiyi məlum deyil.

Xatırladaq ki, yanvar ayında da heykələ hücum edib 2 hissəyə bölmüşdülər.

Müstəqil.Az

Share: